İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiyada İES-də partlayış baş verib

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində kombinə edilmiş istilik elektrik stansiyasının (İES) ərazisində partlayış baş verib.

Gundelik.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsi özünün “Telegram” kanalında məlumat yayıb.

Partlayış zavodun 35 yaşlı qadın işçisinin yaralanması ilə nəticələnən kömür toz çəninin partlaması nəticəsində baş verib. Yanıq xəsarətləri alan zərərçəkən tibb müəssisəsinə yerləşdirilib.

Hadisədən sonra müstəntiqlər ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə ilə nəticələnən əməyin mühafizəsi tələblərinin pozulması maddəsi ilə iş açıb.

Fövqəladə vəziyyətin hansı şəraitdə baş verdiyi araşdırılır.

Gundelik.az