Moskva Aviasiya İnstitutunun alimləri kosmik raketləri əvəz edə biləcək yük kosmos təyyarəsi hazırlayacaqlar.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat universitetin təqdimatına istinadən verilib.
Kosmik Sistemlər və Raket Elmləri Departamentinin aspirantı Denis Myaukin bildirib ki, kosmosa buraxılışların xərclərini azaltmaq üçün prinsipial olaraq yeni texniki həllərin həyata keçirilməsi vacibdir. Konstruktorlar təyyarənin kombinə edilmiş hərəkət sistemi ilə təchiz olunacağını qeyd edirlər. Hazırda təyyarənin riyazi modeli yaradılıb və onun 220 kilometr yüksəklikdə Yerə yaxın orbitə çıxma trayektoriyası üzrə hesablamalar aparılıb.
Xatırladaq ki, iyun ayında “Roskosmos” dövlət korporasiyası “Progress MS-32” nəqliyyat yük gəmisinin Baykonur kosmodromuna çatdığını açıqlamışdı. Dekabrda isə Rusiya İdarə olunan Sistemlər və Komplekslər üzrə Baş Konstruktoru və “Energia” şirkətinin baş konstruktoru Vladimir Solovyov bildirib ki, ilk on “Progress-ROS” yükdaşıma kosmik gəmisi Baykonur Kosmodromundan Rusiya Orbital Stansiyasına (ROS) buraxılacaq.
Gundelik.az
