Rusiya hökuməti mineral gübrə istehsalında istifadə olunan kükürdün ixracına tətbiq edilən müvəqqəti qadağanı uzatdığını açıqlayıb.
Rusiya hökumətinin yaydığı məlumatda bildirilib ki, ölkədə kükürd ixracı ilə bağlı yeni qərar qəbul olunub.
Açıqlamada qeyd edilib ki, daxili bazarda gübrə istehsalının həcmini qorumaq vacibdir. Bu səbəbdən mövcud ixrac qadağası 30 iyun 2026-cı ilədək uzadılıb.
Həmçinin vurğulanıb ki, bu qərarın məqsədi Rusiyanın ərzaq təhlükəsizliyini təmin etmək və daxili bazara xammal tədarükünü sabitləşdirməkdir.
Rusiya kükürd ixracına qadağanı ilk dəfə 1 noyabr 2025-ci ildən tətbiq etmişdi.
Bundan əlavə, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi ammonium nitrat gübrəsinin ixracının 21 aprelə qədər müvəqqəti dayandırıldığını da açıqlayıb.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
