Gundelik.az Dünya Rusiya generalı Moskvada partlayış nəticəsində öldürülüb
Dünya Xəbərlər

Rusiya generalı Moskvada partlayış nəticəsində öldürülüb

Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, Moskvada avtomobil partlayışı nəticəsində Rusiya generali ölüb.
Komitə bildirib ki, general-leytenant Fanil Sarvarov bazar ertəsi səhər avtomobilin altına yerləşdirilmiş partlayıcı qurğu işə düşdükdən sonra həlak olub.
56 yaşlı Sarvarov silahlı qüvvələrin əməliyyat təlimi idarəsinin rəhbəri olub. Araşdırmalara görə, partlayıcı qurğunun Ukrayna kəşfiyyat xidmətinin iştirakı ilə yerləşdirilmiş ola biləcəyi ehtimal olunur. Ukrayna mövzu ilə bağlı açıqlama verməyib.
Hadisə Rusiyanın paytaxtının cənubunda- bir mənzil binasının yaxınlığındakı avtomobil dayanacağında baş verib. Oradan yayılan görüntülərdə qapıları partlamış və ciddi zədələnmiş ağ avtomobil görünür, ətrafında isə digər avtomobillər dayanıb.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version