Rusiyalı general Yaroslav Moskalikin qətlində ukraynalılar şübhəli bilinir.
Gundelik.az xəbər verir ki, bu barədə “Vzqlyad ” qəzetinə müsahibəsində hərbi analitik Boris Rojin bildirib.
Onun fikrincə, Moskva yaxınlığındakı Balaşixada baş verən partlayış Ukraynanın yeni planlaşdırılmış əməliyyatı olub. O, bunu NBC-nin mühafizə qoşunlarının rəhbəri İqor Kirillovun 2024-cü il dekabrın 17-də Moskvanın Ryazanski prospektində baş vermiş qətliamına istinadla izah edib.
“Yalnız bundan sonra elektrik skuter minalanıb, indi isə avtomobil”, – deyə o bildirib.
Rojin həmçinin qeyd edib ki, partlayış Rusiya Prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkof arasında növbəti görüş planlaşdırılan gün baş verib.
Bütün bunların fonunda analitik hesab edir ki, Kiyev və onun arxasında duran qüvvələr, o cümlədən London danışıqlara təsir göstərməyə çalışır.
Aprelin 25-də Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binalarından birinin yaxınlığında partlayış baş verib. Daha sonra yanğın yaxınlıqda dayanmış “Volkswagen”i bürüyüb. Bütün bunlar Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 58 yaşlı Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Yaroslav Moskalikin artıq binanı tərk etdiyi anda baş verib. Yüksək rütbəli hərbçi partlayış dalğası ilə qapıya tərəf geri atılıb. O, hadisə yerində keçinib.
Gundelik.az

