Son aylarda beynəlxalq bazarlarda baş verən dəyişikliklər, enerji qiymətlərindəki dalğalanmalar və qlobal inflyasiya təzyiqləri bir çox ölkələrin milli valyutalarına təsirsiz ötüşmür. Bu kontekstdə Azərbaycan manatının məzənnəsi də ictimaiyyətin və biznes dairələrinin diqqət mərkəzindədir. Manatın sabitliyi, valyuta ehtiyatları, Mərkəzi Bankın siyasəti və regional iqtisadi risklər fonunda qarşıdakı dövrdə nələrin gözlənildiyi mühüm suallardandır.
Bütün bu məsələlərə aydınlıq gətirən tanınmış iqtisadçı ekspert Samir Heydərov müsahibədə manatın hazırkı vəziyyəti, mümkün devalvasiya ehtimalları, hökumətin mövcud siyasəti və valyuta bazarındakı trendlər ətraflı şəkildə təhlil etdi.
Müsahibəni təqdim edirik:
Samir Müəllim, deyə bilərsinizmi, son aylarda ərzaq məhsullarının qiymətlərindəki artımın əsas səbəbi nələrdir?
– Ərzaq məhsullarının bir hissəsi idxal edilir.Bu baxımdan dünya bazarında qiymətlərin artması yerli bazarlara da təsir edir.2025 ci ilin iyun ayında ərzaq inflyasiyası 7 % olmuşdur. Azərbaycan da ərzaq inflyasiyası ümumi inflyasiyanın 60 faizindən çoxunu təşkil edə bilər.
İkincisi Kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri məsələn gübrə,yanacaq,işçi qüvvəsi xərcləri mart ayına qədər 2.9 faiz artıb.
Üçüncüsü Enerji, daşımalar və kənd təsərrüfatı əməliyatları üçün istifadə olunan yanacaqların qiyməti dünya bazarında qalxdıqca ərzaq məhsullarının maya dəyəri də bahalaşır.
Əlavə olaraq onu qeyd etmək olar ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrdə ortalama inflyasiya dərəcəsi 9.6 faizdir.Bu nöqteyi – nəzərdən ərzaq idxalı qiymət artımlarına və bir başa yerli qiymətlərə təsir edir.
Bəs sizcə minimum əməkhaqqının artırılması inflyasiya riski yaradırmı?
–İqtisadi olaraq minimal əmək haqqı artımını istehlakı artıran amil kimi hesab etmək olar. Xüsusilə aşağı gəlirli əhalinin alıcılıq qabiliyyəti artır. Bu qrup əhalinin gəlirləri əsasən istehlaka yönəldiyi üçün(ərzaq, kommunal xərcləri, geyim) tələbin artması qiymətlərin artmasına səbəb ola bilər. Digər tərəfdən əmək tutumlu sahələrdə (kənd təsərrüfatı,parəkəndə ticarət, xidmət sektoru) maya dəyərinin artmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.
Amma Azərbaycan nümünəsində vəziyyət bir qədər fərqlidir.Azərbaycanda minimal əmək haqqınn artımı əmək bazarında çox böyük paya sahib deyil. Çünki iqtisadi fəal əhalinin əksəriyyəti orta maaş qrupuna aiddir.
Qiymətlər daha çox idxal komponenetlərindən asılıdır.Maaş artımı idxal qiymətlərini dəyişmir. Əsas risk sahələri ərzaq bazarı və xidmət sektorudur.
Maaş artımları yerli istehlak mallarında qiymət təzyiqi yarada bilər, amma ümumi inflyasiya üçün düşünürəm ki, ikinci dərəcəli amildir.
DƏYƏRLİ MƏLUMATA GÖRƏ SAMİR MÜƏLLİM hEYDƏROVA TƏŞƏKKÜR EDİRİK.
Gundelik.az

