Gundelik.az Dünya Qrenlandiya və Antarktidada 47 ildə 12,5 trilyon ton buz əriyib
Dünya Xəbərlər

Qrenlandiya və Antarktidada 47 ildə 12,5 trilyon ton buz əriyib

1979-cu ildən bəri Qrenlandiya və Antarktidada 12,5 trilyon ton buzun əridiyi aşkar edilib.

Gundelik.az xəbər verir ki, “Scientific Data” jurnalında Yer kürəsinin iki ən böyük buz təbəqəsi olan Qrenlandiya və Antarktidada buzlaqların əriməsi araşdırılıb.

Tədqiqatçılar bu rəqəmin ABŞ-ni təxminən 1,5 metr buzla örtmək üçün kifayət qədər böyük olduğunu qeyd ediblər.

Qeyd edilib ki, bu ərimə, isti hava ilə deyil, buz təbəqələrini aşağıdan və yanlardan aşındıran isti sularla bağlıdır və əriyən buzlaqlar okeanlara axır. Digər tərəfdən, tədqiqatda bildirilir ki, bütün bu əriyən buz təxminən 11,3 kvadrilyon litr suya çevrilib ki, bu da okean səviyyəsini artıran digər iqlim amilləri ilə birlikdə 1979-cu ildən bəri qlobal dəniz səviyyəsini təxminən 3,1 santimetr qaldırıb.

Dəniz səviyyəsinin hər dəfə 1 santimetr qalxması hər il 2-3 milyon insanın daşqınlardan təsirləndiyi anlamına gəlir.

Exit mobile version