Gundelik.az Xəbərlər İqtisadiyyat Qobal xam polad istehsalı azalıb
Dünya İqtisadiyyat Xəbərlər

Qobal xam polad istehsalı azalıb

Qlobal xam polad istehsalı bu ilin may ayında keçən ilin eyni ayı ilə müqayisədə 3,8 faiz azalaraq 158,8 milyon tona düşüb. Buna Çin istehsalının kəskin azalması səbəb olub.

Gundelik.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) may ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Müvafiq olaraq qlobal xam polad istehsalı bu ilin beşinci ayında 2024-cü ilin eyni ayına nisbətən yüzdə 3,8 azalaraq 158,8 milyon tona düşüb.

Dünyanın ən böyük polad istehsalçısı olan Çinin may ayında istehsalının 6,9 faiz azalaraq 86,6 milyon tona düşməsi diqqət çəkib. Yaponiyanın hasilatı da 4,7 faiz azalaraq 6,8 milyon tona düşüb.

May ayında ABŞ-də xam polad istehsalı 1,7 faiz artaraq 7 milyon tona çatıb.

Almaniyada may ayında xam polad istehsalının 6,4 faiz azalaraq 3 milyon tona, Rusiyada isə 6,9 faiz azalaraq 5,8 milyon tona düşüb.

Sözügedən dövrdə Hindistanın xam polad istehsalı 9,7 faiz artaraq 13,5 milyon tona, İranın xam polad istehsalı isə 4,5 faiz artaraq 3,4 milyon tona çatıb.

Türkiyənin xam polad istehsalı may ayında keçən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalaraq 3,1 milyon tona enib.

Gundelik.az 

Exit mobile version