Gundelik.az Ölkə Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdi
Ölkə Xəbərlər

Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iyunun 27-də Şamaxı şəhərində nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib.

Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul iyunun 30-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10:00-da başlayacaq:

“Qəbula gələn vətəndaşların qeydiyyatı iyun 29-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09:00-dan aparılacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər”.

Gundelik.az

Exit mobile version