Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Gundelik.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə qiyməti 6,57% artaraq 4 957,10 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə qiyməti 13,21% artaraq 87,20 ABŞ dolları olub.
