“Qiyamət günü radiostansiyası” kimi tanınan UVB-76 radiostansiyası oktyabrın 7-si, çərşənbə günü efirdə “Kupol” və “Mnitelnıy” sözlərini səsləndirib.
Gundelik.az xəbər verir ki, bu barədə “UVB-76 loqları” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Moskva vaxtı ilə saat 19:06-da radiostansiya “Mnitelnıy”, saat 20:36-da isə “Kupol” sözünü yayımlayıb.
Sentyabrın 28-də Moskva vaxtı ilə saat 07:08-də radiostansiyanın efirində NJTI 00717 NAKOPİTEL 7865 4500 hərf-rəqəm kodu səsləndirilib.
UVB-76 1976-cı ildən yayımlanan qısadalğalı radiostansiyadır. Radiohəvəskarları arasında “vızıldayan” adı ilə tanınır, çünki efirin böyük hissəsini müxtəlif səslər və xarakterik vızıltı təşkil edir. Onun tezliklərində kodlaşdırılmış mesajlar yayımlanır və sosial şəbəkə istifadəçiləri bu mesajları dünya hadisələri ilə əlaqələndirirlər.
Nurəddin Abdullayev
Gundelik.az

