İyul 8, 2026
Baku
İqtisadiyyat Ölkə Xəbərlər

Qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib

Milli Məclisdə qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisinin artırılması təklif edilib.

Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, bu məsələ şəxslərə ciddi təsir etməsə də, bələdiyyələrin büdcələrinə böyük gəlir gətirəcək:

“Məsələn, Nərimanovda ərazisi 1000 kv/metr olan böyük market obyektin sahibinə 25 min manat icarə haqqı ödəyir. Bələdiyyələrə isə ildə bir dəfə cəmi 500 manat ödəniş olunur. Ona görə, qeyri-yaşayış sahələrinə ödənilən əmlak vergisi artırılarsa, bu bələdiyyələrə də əlavə dəstəkdir”.