Qaraciyərdə yaranan bəzi kütlələr uzun müddət heç bir əlamət vermədən inkişaf edir. Bu səbəbdən xüsusilə xroniki qaraciyər xəstəliyi və hepatit keçmişi olan şəxslərin mütəmadi müayinələrdən keçməsi vacibdir.
Mütəxəssislərin sözlərinə görə, qaraciyərdə aşkarlanan hər kütlə xərçəng demək deyil. Kütlələr xoşxassəli və bədxassəli olur. Bədxassəli törəmələr isə qaraciyərin öz toxumasından yarana və ya digər orqanlardakı xərçəngin qaraciyərə yayılması nəticəsində meydana çıxır.
Qaraciyər şişləri ilkin mərhələdə çox vaxt ciddi əlamət yaratmır. Kütlə böyüdükcə sağ üst qarında dolğunluq və narahatlıq, səbəbsiz çəki itkisi, iştahasızlıq və halsızlıq kimi şikayətlər ortaya çıxır. Bu əlamətlər mütləq şiş olduğunu göstərməsə də, uzun müddət davam etdikdə həkimə müraciət etmək lazımdır.
Xroniki Hepatit B və C, həddindən artıq alkoqol qəbulu və nəzarətsiz qaraciyər yağlanmasının sirroza çevrilməsi əsas risk faktorları arasındadır. Erkən aşkarlama müalicənin uğur şansını artırır. Buna görə risk qrupunda olan şəxslər həkim nəzarətində mütəmadi müayinələrdən keçməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

