“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi laboratoriya tədqiqatları və müayinələrinin aparılması üçün reagentlərin, reaktivlərin, testlərin və laboratoriya sərfiyyat mallarının satın alınması ilə bağlı açıq tender başa çatıb.
Gundelik.az-ın məlumata görə, tenderin yekun qiyməti 1 milyon 118 min manat təşkil edib.
Tender çərçivəsində laboratoriya tədqiqatlarında istifadə olunan müxtəlif reagentlərin, reaktivlərin, testlərin və laboratoriya sərfiyyat mallarının alınması nəzərdə tutulub. Siyahıda 0.25 ml mikroinser (10 qutu), 1.5 ml vintli qapaqlı ND-9 flakonu (100 qutu), 2-propanol (HPLC təmizlik dərəcəli, 2.5 litr) (4 ədəd), qan alkoqolunun yoxlanılması üçün qarışıq (1 ədəd), iz elementlərinin təyini üçün tam qan nəzarət materialı (5 qutu) və iz elementlərinin təyini üçün sidik nəzarət materialı (5 qutu) kimi məhsullar yer alıb. Ümumilikdə satınalma siyahısında 75 adda məhsul qeyd edilib.
