Talassemiya xəstəsi olan 18 yaşlı Həmid Yorulmaz təcili sümük iliyi transplantasiyasına ehtiyacı olduğu üçün bioloji atasını tapmaq məqsədilə Müge Anlının proqramına müraciət edib.
Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, gənc efirdə “Anam həyatım bahasına başa gəlsə belə, əsl atamın kim olduğunu gizlədir” deyərək kömək istəyib.
Talassemiya (Aralıq dənizi anemiyası) xəstəsi olan 18 yaşlı Həmid Yorulmaz sağ qalması üçün ehtiyac duyduğu sümük iliyi transplantasiyasından əvvəl bioloji atasını tapmaq məqsədilə “Müge Anlı ilə Tatlı Sert” proqramına müraciət edib. Canlı yayım zamanı ortaya çıxan təfərrüatlar studiyadakıları da heyrətləndirib.
“Atam bildiyi şəxsin bioloji atası olmadığı üzə çıxdı”
Torbalıda böyüyən Həmid 3 yaşında olarkən anası Nihal Beyit tərəfindən tərk edilib. Onu baba və nənəsi böyüdüb.
13 yaşında xəstəliyi ağırlaşaraq komaya düşən Həmid üçün həkimlər təcili sümük iliyi transplantasiyasına qərar veriblər. Lakin transplantasiya prosesi zamanı aparılan testlər gözlənilməz həqiqəti ortaya çıxarıb. Toxuma və qan qrupu uyğun gəlməyən şəxsin Həmidin illərdir atası bildiyi adam olmadığı məlum olub.
Ananın boşanma prosesində bioloji oğlunu atasına verib digər övladını özü ilə aparması da diqqət çəkib.
“Sağalmaq üçün cəmi 6 ayım qalıb”
Hazırda həftəlik qan köçürülməsi ilə həyatını davam etdirən və uyğun qan tapmaqda belə çətinlik çəkən Həmid vaxtının məhdud olduğunu bildirərək çıxılmaz vəziyyətini dilə gətirib:
“Əməliyyat olunmalıyam, sümük iliyi transplantasiyasına ehtiyacım var. 19 yaşdan sonra sağalma ehtimalım azalır. Çox vaxtım yoxdur, müalicə olunmaq üçün qarşımdakı müddət cəmi altı aydır. Anam ölümüm bahasına atamın kim olduğunu gizlədir”.
Ana həqiqəti gizlətməkdə davam edir
Anası Nihal Beyitin bioloji atanın kimliyini açıqlamaq istəməməsindən sonra Müge Anlı və komandası talassemiya xəstəsi Həmidə uyğun sümük iliyinin tapılması və bioloji atasının müəyyənləşdirilməsi üçün araşdırmanı davam etdirir.
Nurəddin Abdullayev
Gundelik.az

