Gundelik.az Xəbərlər Qəzzada girov saxlanılanların ailələri israilliləri küçələrə çıxmağa çağırır
Xəbərlər

Qəzzada girov saxlanılanların ailələri israilliləri küçələrə çıxmağa çağırır

İsrail mediasının məlumatına görə, girov ailələri şənbə gecəsi Təl-Əvivdə etiraz aksiyası keçirməyə çağırıb. Onlar Qəzzadakı müharibənin dayandırılmasını tələb edirlər. Nimrodun atası Yehuda Koen israilliləri küçələrə çıxmağa çağıraraq vəziyyəti fövqəladə hal kimi dəyərləndirib. Haaretz qəzetinin məlumatına görə, o bildirib ki, baş nazir girovları öldürür və ölkəni məhv edir. Digər girovun – Oferin qohumu Yifat Kalderon isə Netanyahunun yalan məlumat kampaniyası apardığını və Amerika hökumətinə təsir göstərdiyini iddia edib.

Gundelik.az

Exit mobile version