Gundelik.az Mədəniyyət və cəmiyyət “Qəhrəman Ruh, Parlaq Zəka” Şəhid Övladları Arasında Bilik və İstedad Festivalına qeydiyyat başladı!
Mədəniyyət və cəmiyyət Xəbərlər

“Qəhrəman Ruh, Parlaq Zəka” Şəhid Övladları Arasında Bilik və İstedad Festivalına qeydiyyat başladı!

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsi əsasında həyata keçirilən “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı
layihəsi üzrə qeydiyyat mərhələsi başlamışdır. “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid övladları arasında Bilik və İstedad Festivalı Azərbaycan
Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,Nizami rayon Yeni Azərbaycan Pariyasının, və NEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə baş tutacaq. Festivalın məqsədi
Festivalın əsas məqsədi şəhid övladlarının bilik, yaradıcılıq və istedad potensialının üzə çıxarılması, onların milli-mənəvi dəyərlər ruhunda inkişafına dəstək göstərməkdir.
Festivalın istiqamətləri
Festival aşağıdakı istiqamətləri əhatə edir:
 Bilik və intellektual müsabiqələr
 İstedad və yaradıcılıq nümayişləri
 Məntiq və analitik düşüncə bacarıqları
 İncəsənət və yaradıcılıq nümunələri
 Xüsusi bacarıqlar və fərdi təqdimatlar
Kimlər iştirak edə bilər?
Azərbaycan Respublikasında yaşayan 14-29 yaş aralığında olan şəhid övladları:
 Fərdi və ya qrup şəklində
 Müxtəlif bilik və istedad sahələri üzrə bacarığı olanlar
Tədbirin keçirilmə tarixi: 17 yanvar 2025-ci il
Tədbirin keçiriləcəyi coğrafi ərazi: Bakı şəhəri
Qeydiyyat və əlaqə

Gundelik.az

Exit mobile version