Gundelik.az Dünya Putin Təhlükəsizlik Şurasını topladı
Dünya Xəbərlər

Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə MDB-də aparılan işlərlə bağlı iclas keçirib.

Gundelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlayıb.

“Bu gün biz siyasətimizin ən mühüm istiqamətlərindən birini – MDB ölkələri ilə əməkdaşlığı müzakirə edəcəyik. Söhbət bir sıra MDB ölkələri ilə aparılan işlərdən və bu istiqamətdə prioritet məsələlərdən gedir”, – Rusiya prezidenti qeyd edib.

Putinin sözlərinə görə, iclasda Rusiyanın bu strateji əhəmiyyətli regionda atacağı addımlar və hədəfləri müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 10-da Düşənbədə MDB-yə üzv dövlətlərin başçılarının sammiti, ondan əvvəl isə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

Gundelik.az

Exit mobile version