Gundelik.az Xəbərlər İqtisadiyyat Portuqaliya Azərbaycandan neft alışını artırıb
İqtisadiyyat Xəbərlər

Portuqaliya Azərbaycandan neft alışını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya 189,9 milyon ABŞ dolları dəyərində 354 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 72,5 milyon ABŞ dolları və ya 61,7%, həcm ifadəsində isə 163,9 min ton və ya 86,2% çoxdur.

Dövr ərzində Portuqaliya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Gundelik.az

Exit mobile version