Gundelik.az Xəbərlər İqtisadiyyat “Porsche”nin satışları 6% azalıb
İqtisadiyyat Xəbərlər

“Porsche”nin satışları 6% azalıb

“Volkswagen” qrupuna daxil olan Almaniyanın premium avtomobil istehsalçısı “Porsche”nin satışları 2025-ci ilin birinci yarısında, əsasən, Çin və Almaniyada tələbin azalması səbəbindən 6% azalıb.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə satılan avtomobillərin ümumi sayında elektrikləşdirilmiş avtomobillərin payı bir il əvvəlki 21,6%-dən 36,1%-ə yüksəlib. Elektriklə işləyən avtomobillərin payı 23,5 faiz təşkil edib.

Şirkətin aprel-iyun aylarında satışları bir il əvvəlki 155 945 ədəddən 146 391 ədədə qədər azalıb. Hesabatda qeyd olunur ki, Çində “Porsche” avtomobillərinin satışı 28% azalıb ki, bu da həm çətin bazar şərtləri, həm də Çin bazarında yüksək rəqabətlə bağlıdır.

Almaniyada “Porsche” satışları 23%, Avropada (Almaniya istisna olmaqla) 8% azalıb, Şimali Amerika və bazarlarda isə 10% artıb.

Şimali Amerika “Porsche”nin ən böyük bazarı olaraq qalır və ilin birinci yarısında regionda satış rekordu 43 577 avtomobilə çatıb. Avtomobil satışlarının artması qismən ABŞ-də idxal rüsumlarının artması gözləntiləri ilə bağlı olub.

Gundelik.az 

Exit mobile version