Tehran yanlış qərar qəbul edəcəyi təqdirdə Amerika Birləşmiş Ştatları dəniz blokadasını qoruyub saxlamaq şərtilə İranın enerji infrastrukturuna hədəflənmiş zərbələr endirəcək.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Heqset eyni zaman vacib bir məqama aydınlıq gətirərək ABŞ-nin Hörmüz boğazını deyil, İran limanlarını blokladığını bildirib və açıq dənizdə İran gəmilərini, o cümlədən tankerləri saxlamaq niyyətində olduqlarını dilə gətirib.

