Ötən il işğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib.
Gundelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.
