Nepalın baş naziri Şarma Oli kütləvi etirazlardan sonra istefa verib.
Gundelik.az-ın məlumatına görə, Hindistanın “India Today” jurnalı xəbər verir ki, Nepalın Baş naziri Şarma Oli ölkədə hökumət əleyhinə etirazların davam etməsi fonunda istefa verib.
Qəzet yazır ki, Nepal ordusu nazirləri iqamətgahlarından mülki uçuşlar üçün əməliyyatları dayandıran paytaxtın beynəlxalq hava limanına (Tribhuvan) evakuasiya edir. Olinin də təxliyə oluna biləcəyi qeyd edilir.
Gundelik.az

