Gundelik.az Dünya Nepalda avtobus çaya düşdü, 18 nəfər öldü
Dünya Hadisə Xəbərlər

Nepalda avtobus çaya düşdü, 18 nəfər öldü

Nepalda avtobusun çaya düşməsi nəticəsində azı 18 nəfər həlak olub.

Gundelik.az “The Kathmandu Post” nəşrinə istinadən xəbər verir ki, Pokharadan Katmanduya hərəkət edən avtobusun Trişuli çayına düşməsinin səbəbi məlum deyil.

Nəqliyyat vasitəsində 35-dən çox sərnişinin olduğu bildirilir.

Xilasetmə əməliyyatında Nepal ordusunun hərbi qulluqçuları, polis və yerli sakinlər iştirak edib.

Exit mobile version