İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Nazir Bayrakdar açıqladı! Türkiyə enerji sahəsində sərhətləri genişləndirir….. TPAO və Shell qüvvələrini birləşdirə bilər

8 yanvarda ExxonMobil, 5 fevralda Chevron və 12 fevralda BP ilə razılaşmalardan sonra neft və təbii qaz kəşfiyatında daha bir addım atdı. TPAO və Shell arasında “Tərəfdaşlıq Sazişi” imzalandı. Saziş, İsdanbulda keçirilən mərasimdə TPAO-nun baş direktoru Cem Erdem və Shell-in vitse prezidentiYucin Okpere tərəfindən imzalandı.

Enerji və Təbii sərvətlər naziri Alparslan Bayrakdarın nəzarətində olan müqaviləyə əsasən, TPAO, Bolqarısdanın eksklüziv iqdisadi zonasında yerləşən Xan Tervel Neft və Təbii qaz Kəşfiyyatı Lisenziyası 1-26 blokunda Shell tərəfindən idarə olunan kəşfiyyat fəaliyyətlərində tərəfdaş oldu.

Böyümə Strategiyası

İmzalama mərasimindən sonra nazir Bayrakdar müqavilə ilə bağlı açıqlama verib. Bayrakdar bildirib ki, müqavilələr seriyası, xüsusən də ilin əvvəllərindən bərihəyata keçirdikləri “Türkiyə neftinin xaricdə inkişaf etdirmək” strategiyası çərçivəsində davam edir.

Khan Tervel sahəsi

Bayrakdar bildirib ki, “2024cü ildə Shell ilə başladığımız əməkdaşlığa əsaslanaraq, tərəfdaşlığımızı Bolqarıstanın eksklüziv iqdisdi zonasında yerləşən beton blok olan Khan Tervel sentralında rəsmiləşdirdik.”

Əvvəl seysmik tədqiqatlar

Sözügedən ərazinin 3800 kvadeat kilometrdən bir qədər çox olduğuna diqqət çəkən Bayrakdar, “Bu ərazi Sakarya Qaz Yatağımıza olduqca yaxındır. Bolqarıstanın eksklüziv iqdisadi zonası və dəniz yurisdiksiyası daxilindəki bu ərazidə Shell ilə birlikdə seysmik fəaliyyətlər aparacağıq və sonra, Allahın izni ilə gələn il təxminən 5 illik lizensiya ilə burada kəşfiyyat quyusu qazılacaq.” ifadəsini səsləndirib.

Tərtib edən: Cəfərova Kəmalə

Gundelik.az