Azərbaycan Respublikasında uğurla icra olunan regional və milli iqtisadi inkişaf Dövlət proqramları, Strategiyalar, Konsepsiyalar, Qanun və qərarlar, həm də artıq malik olduğu makroiqtisadi əhəmiyyətliliyinə görə seçilməkdədir. İstər, iqtisadiyyatın ənənəvi sahələrinin davamlı və ardıcıl inkişafı, istərsə də, yeni uzunmüddətli iqtisadi prioritetlərin müəyyən olunması sahəsində dəvlət dəstəyinin göstərilməsi, bütün iqtisadi rayonlar kimi, Naxçıvan iqtisadi rayonunun da, makroiqtisadi inkişafına yeni nəfəs vermişdir. Artıq muxtar respublikada, yeni iqtisadi inkişaf mərhələsinin əsasları müəyyən olunmuşdur. Bu da, tam əsaslarla, imkan vermişdir ki, muxtar respublika:
– malik olduğu təbii, iqtisadi, coğrafi, əmək, maliyyə resursları daha dinamik
dəyərləndirilir, onlardan milli iqtisadiyyat üzrə daha məhsuldar istifadənin yolları
araşdırılmış olsun;
– ölkənin yeni iqtisadi reallıqlarından irəli gələn proseslərin perspektivliliyində
daha güclü potensialla iştirak edə bilsin;
– malik olduğu iqtisadi inkişaf perspektivləri ilə, istər, Azad İqtisadi Zona, istərsə
də, Logistik Mərkəz kimi üstünlüklərini daha da artırmağı bacarmış olsun;
– Zəngəzur dəhlizinin istismara verilməsindən sonrakı mərhələlərdə etibarlı
qonşuluq, dostluq və tərəfdaşlıq siyasətinin hərəkətverici qüvvəsini təşkil etsin;
– bütün bu potensialla, ölkənin milli iqtisadiyyatına daha dolğun olmaqla,
inteqrasiya olunsun və Milli Prioritetlərin daha əlçatan olmasında söz sahibi olsun və s.
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında Azad İqtisadi Zona üçün mühüm təsisatların yaradılması nəzərə alınmış və bu sahənin səmərəli təsisatları müəyyən olunmuşdur. Dövlətproqramının 4.1.1. Prioritet 1. Əlverişli biznes mühitinin yaradılması adlı bölməsində həmin məqsədlər çərçivəsində göstərilir:Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcəkdir. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiyacəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Naxçıvan Muxtar Respublikasının Azad İqtisadi Zona (AİZ) olaraq təşəkkülü, axır zamanlarda bir çox tərəflərinə görə aktual hesab olunmaqdadır. Hər şeydən əvvəl,
yeni iqtisadi reallıqlar müstəvisində Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq, ciddi müzakirələrin gündəmdə olduğu bir mərhələdə muxtar respublikanın AİZ-ya çevrilməsi barəsində ilk rəsmi informasiyanın bəyan olunması isə bu sferada ciddi tədbirlərin reallaşmış olmasının ifadəsi olmaqdadır. əlamətdar hal ondan ibarətolmaqdadır ki, coğrafi əhəmiyyətliliyinə görə Azərbaycan Respublikasının ərazisininəsas hissəsindən ayrı olan Naxçıvan Muxtar Respublikasının AİZ-ya çevrilməsi bölgə üçün olduqca zəruri və strateji perspektivləri gətirmiş olar.Mövzu ilə əlaqədar olaraq, onu qeyd etmək olar ki, “Azad iqtisadi zona” termininin mahiyyətinə, elmi və nəzəri əsaslarına nəzərə salmaq lazım gəlir. Təhlillər apardıqda aydın olur ki, AİZ-lər beynəlxalq iqtisadi münasibətlər sistemindəözünəməxsus mahiyyətə malik olmaqları ilə seçilmiş olurlar. Mənbələr göstərir ki, ilk dəfə olaraq, rəsmi qaydada 18 may 1973-cü il tarixində Yaponiyanın Kiot şəhərində imzalanmış olan beynəlxalq sazişdə, AİZ-in əsas mahiyyətinin əks olunduğu tərif ortaya qoyulmuş oldu. Əsaslandırılmışdır ki, AİZ-lər, ölkənin ərazisinin bir hissəsi olub, xüsusiləşmiş, müəyyən güzəştlərə əsaslanmış olan xarici ticarət zonası olmaqdadır. İqtisadi inkişafın indiki mərhələsində dünyada, 4000 –dən artıq müxtəlif formalı xüsusi iqtisadi zona mövcud olmaqdadır. Həmin göstəricinin 1200-ü AİZ olmuşdur ki, onun da, 400-ü Azad Ticarət Zonası, 430-u Elmi Sənaye Parkı, 300-dən artığı isə, İxrac İstehsalat Zonası, 100 ədədi isə Xüsusi Təyinatlı Zonalardan ibarət olmaqdadır. Bunlara offşor mərkəzləri, bərpa zonaları ekoloji-iqtisadi ərazilər və turizm mərkəzləri olaraq, ifadə oluna bilər.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az

