ABŞ NATO və Ukrayna arasında razılaşmanın bir hissəsi olaraq NATO Vaşinqtonun tədarük etdiyi silahlara görə Kiyevə pul ödəyəcək.
Gundelik.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.
“Biz NATO-ya silah veririk və NATO bu silahlara görə 100% ödəyir. Beləliklə, göndərilən silahlar NATO-ya gedir, sonra isə NATO Ukraynaya həmin silahları verir, NATO isə həmin silahların pulunu ödəyir”, – Tramp deyib.
O əlavə edib ki, bu razılaşma Şimali Atlantika Alyansının iyunda keçirilən sammitində əldə olunub.
Bununla belə, Tramp hansı təchizatdan danışdığını dəqiqləşdirməyib.
Gundelik.az
