Mütəxəssislər dərmanların düzgün şəraitdə saxlanılmasının və istifadə müddəti bitmiş preparatların təhlükəsiz şəkildə utilizasiya edilməsinin vacibliyini bildirirlər.
Niğdə Əczaçılar Palatasının sədri Nihat Öztürk dərmanların yüksək temperatur və birbaşa günəş işığına məruz qalmasının onların tərkibinin və təsirinin dəyişməsinə səbəb ola biləcəyini qeyd edib. O, xüsusilə soyuq zəncir tələb edən dərmanların 2–8°C temperaturda saxlanılmalı olduğunu vurğulayıb.
Bu preparatlar soyuducunun buzluq hissəsindən uzaqda saxlanmalı və heç bir halda dondurulmamalıdır. Donmuş və ya həddindən artıq istiyə məruz qalmış dərmanların istifadəsi tövsiyə edilmir.
Mütəxəssis həmçinin dərman qəbul etməzdən əvvəl son istifadə tarixinin yoxlanılmasını və həkimlə əczaçının tövsiyələrinə əməl edilməsini tövsiyə edib. Səhv saxlanılan və ya düzgün istifadə edilməyən dərmanlar zəhərlənmə, ürəkbulanma, qusma, ishal və qəbizlik kimi problemlərə səbəb olur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

