Müasir dövrdə gənclərin qarşılaşdığı problemlər getdikcə daha çox sosial platformalar üzərindən təhlükəli istiqamətlərə yönəlir. Bu proses bəzən bizdən asılı olan, bəzən isə nəzarətimizdən kənar səbəblər nəticəsində cəhalətə meyli gücləndirir. Bu istiqamətdə dövlətimiz tərəfindən atılan əsaslı addımlar, mövcud qanunvericilik bazası və ölkə başçısının verdiyi tapşırıqlar mühüm əhəmiyyət daşıyır.
Lakin bir həqiqət də danılmazdır: yerlərdə — müəssisələrdə, təhsil ocaqlarında və aidiyyəti qurumlarda gənclərlə bağlı siyasətin icrası peşəkar, məsuliyyətli və bu sahədə real təcrübəyə malik şəxslərə həvalə olunmalıdır. Cəmiyyətdə öz işi, əməyi və əzmi ilə seçilən, gənclərin etimadını qazanmış şəxslərə güvənilməlidir.
Hər kəs anlamalıdır ki, gənclər siyasəti bu gün ölkəmizin bütövlüyünü və davamlı inkişafını təmin edən əsas istiqamətlərdən biridir. Gənclər təkcə gələcəyimiz deyil, həm də bu günümüzdür. Onların formalaşması hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir. Gənclər hər birimizin əməyinin, yanaşmasının və mövqeyinin nəticəsidir. Bu sahədə görülən işlərin səmərəsi isə hər bir evə, hər bir ailəyə və ölkəmizin gələcəyinə işıq saçır.
Elmar Hüseyn
Ehtiyatda oan polkovnik leytenant
Gundelik.az
