Gundelik.az Dünya Moskvaya növbəti dron hücumu edilib
Dünya Hadisə Xəbərlər

Moskvaya növbəti dron hücumu edilib

Ukrayna ordusu iyulun 27-si axşamdan iyulun 28-i səhər saatlarınadək Moskva vilayətinə və paytaxta 390-dan çox dronla hücum həyata keçirib. 

Gundelik.az xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, 81 pilotsuz uçuş aparatı (PUA) Moskva yaxınlığında məhv edilib. 

Yerli “Telegram” kanalları hücum nəticəsində Moskva yaxınlığındakı Çexov şəhərində hidromexaniki avadanlıq zavodunun zərbələrə məruz qaldığını, çoxmərtəbəli binaya ziyan dəydiyini açıqlayıblar.

Exit mobile version