İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Moldova Aİ-dən hava hücumundan müdafiə sistemləri alacaq

Moldova Milli Ordusu Avropa İttifaqından (Aİ) hava hücumundan müdafiə sistemləri də daxil olmaqla yardım paketi alacaq.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatyi bildirib.

“Yeni hava hücumundan müdafiə sistemləri döyüş təyyarələrini, helikopterlər və bəzi növ raketləri tutmaq və məhv etmək funksiyaları ilə təchiz ediləcək”, – o, çərşənbə günü hökumətin iclasından sonra jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, Moldova vətəndaşların təhlükəsizliyini təmin etmək və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Avropanın dəstəyi lazımdır.

“Havadan müdafiə bizim üçün prioritet olaraq qalır. Bu kontekstdə hava məkanının monitorinq sistemləri ilə yanaşı, biz birbaşa hava məkanından müdafiə sistemlərinə aid olan növbəti mərhələyə keçidi müzakirə etmək imkanı tapdıq”, – nazir vurğulayıb.

Nazir bildirib ki, yaxın günlərdə Moldova hakimiyyəti və avropalı tərəfdaşlar qrant şəklində verilən yardımın köçürülməsi ilə bağlı razılığa gələcəklər.

Gundelik.az