Gundelik.az Dünya Mobil Universal Layihəsi ilə 1 milyona yaxın insan rabitə əhatəsinə daxil edildi
Dünya Xəbərlər

Mobil Universal Layihəsi ilə 1 milyona yaxın insan rabitə əhatəsinə daxil edildi

Mobil Universal Layihəsi çərçivəsində kənd və ucqar ərazilərdə ümumilikdə 2 846 mobil baza stansiyası qurulub. Nəticədə 4 min yaşayış məntəqəsində yaşayan 1 milyona yaxın insan mobil rabitə əhatəsinə daxil edilib, təxminən 624 min daimi sakinə isə mobil səs və genişzolaqlı internet xidməti təqdim olunub.

Nəqliyyat və İnfrastruktur Nazirliyinə bağlı olan TÜRKSAT-ın 2025-ci il fəaliyyət hesabatına görə, universal xidmət ölkə daxilində coğrafi mövqeyindən asılı olmayaraq hər kəsin müəyyən edilmiş keyfiyyət standartlarına uyğun və münasib qiymətlərlə elektron rabitə xidmətlərindən istifadə etməsini təmin etməyi hədəfləyir.

Bu məqsədlə GSM (2G) və genişzolaqlı internet (4,5G) infrastrukturunun olmadığı yaşayış məntəqələrinə bu xidmətlərin çatdırılması nəzərdə tutulur.

Universal Xidmət Qanunu çərçivəsində, Bilgi Teknolojileri ve İletişim Kurumu-nun koordinasiyası ilə infrastruktur layihələri TÜRKSAT tərəfindən qurulur, inteqrasiya edilir və istismar olunur.

147 sahədə quraşdırma işləri davam edir

Layihənin 1-ci və 2-ci mərhələləri çərçivəsində Türkiyə üzrə 1 916 sabit və 106 ötürücü (atlama) olmaqla ümumilikdə 2 022 sahədə texniki xidmət və təmir işləri həyata keçirilir.

Aparılan işlər nəticəsində şəbəkənin fəaliyyət göstəriciləri yaxşılaşıb. Mobil universal şəbəkədə gündəlik orta məlumat trafiki 228,71 terabaytdan 252,23 terabayta yüksələrək 10,3 faiz artıb.

3-cü mərhələ çərçivəsində isə 605 yaşayış məntəqəsində GSM (2G) və 4,5G LTE-Advanced texnologiyalı mobil rabitə sahələrinin quraşdırılması tamamlanıb, müvəqqəti qəbul prosedurları başa çatdırılıb və texniki xidmət mərhələsinə keçilib.

Müqaviləyə edilən 50 faizlik iş artımı nəticəsində əlavə 302 yaşayış məntəqəsi layihəyə daxil edilib. Bu çərçivədə 72 yeni sahə istifadəyə verilib, qalan 147 sahədə isə işlər davam edir.

Bundan əlavə, ehtiyac yarandıqda istifadə olunmaq üçün 274 qoşqu tipli mobil rabitə infrastrukturu qurulması planlaşdırılır. Hazırda 253 qoşqu tipli sahə istifadəyə verilib, qalan 21 sahədə quraşdırma prosesi davam edir.

Bəzi bölgələr 2025-ci ildə ilk dəfə əhatə dairəsinə daxil edildi

2025-ci ildə layihənin 1-ci mərhələsi üzrə 7, 2-ci mərhələsi üzrə 1, 3-cü mərhələsi üzrə isə 25 olmaqla ümumilikdə 33 yeni sektor əlavə olunub və 36 yaşayış məntəqəsi rabitə əhatəsinə daxil edilib.

3-cü mərhələ çərçivəsində ilin sonuna qədər quraşdırılması tamamlanan 930 sahə (677 sabit və 253 qoşqu tipli) istifadəyə verilib. Bu sahələr vasitəsilə 966 yaşayış məntəqəsi mobil rabitə əhatəsinə daxil edilib.

Ümumilikdə isə Mobil Universal Layihələrinin bütün mərhələləri çərçivəsində 2 846 mobil baza stansiyası (2 593 sabit və 253 qoşqu tipli) qurulub. Bunun nəticəsində 4 min yaşayış məntəqəsində yaşayan 1 milyona yaxın insan mobil rabitə əhatəsinə daxil edilib, 623 min 607 nəfərlik daimi əhaliyə mobil danışıq və genişzolaqlı internet xidməti təqdim olunub.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version