Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, üzvləri Fazil Mustafa və Sevil Mikayılova martın 9-da Latviya Respublikasının Riqa şəhərinə səfər edəcəklər. Səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Səfər martın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az
