Gundelik.az Ölkə Milli Məclis yayılan məlumatlara aydınlıq gətirdi: Müqavilənin məbləği 22 min 826 manatdır
Ölkə Xəbərlər

Milli Məclis yayılan məlumatlara aydınlıq gətirdi: Müqavilənin məbləği 22 min 826 manatdır

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə ilə bağlı məlumatlar yayılıb. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilib.

Məsələ ilə bağlı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən açıqlama verilib. Açıqlamada bildirilir ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Qeyd olunub ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək.

Açıqlamaya əsasən, müqavilənin ümumi məbləği 22 min 826 manat təşkil edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi mediadan dəqiqləşdirilməmiş məlumatların yayılmamasını xahiş edib.

Gundelik.az

Exit mobile version