Biz danimarkalılar və avropalılar olaraq həqiqətən öz ayaqlarımız üstündə dayanmalı olacağıq,” – Frederiksen parlamentdə deyib. “ABŞ ilə münasibətlərimizi müəyyənləşdirməliyik,” – deyə o əlavə edib.Son aylarda Danimarka siyasətində əsas mövzu ABŞ prezidenti Donald Trump-ın Qrenlandiyanı ilhaq etməklə bağlı hədələri olub. Qrenlandiya Danimarkaya bağlı yarı-muxtar ərazidir.Keçən ay Tramp Arktika adasını ələ keçirmək üçün güc tətbiq edəcəyi ilə bağlı hədələrindən geri çəkilib. O, adanın Rusiya və Çindən mümkün hücumlara qarşı müdafiə üçün vacib olduğunu iddia edir.Erkən seçkilər qərarını açıqlayan Frederiksen bildirib ki, təhlükəsizlik “uzun illər boyu Danimarka siyasətinin əsas təməli olacaq”.“Qitəmizdə sülhü qorumaq üçün yenidən silahlanmalıyıq,” – deyə o bildirib. “Avropada birlikdə qalmalı və Danimarka Birliyinin – Danimarka, Qrenlandiya və Farer adalarının – gələcəyini təmin etməliyik.”Frederiksen hazırkı koalisiyanın aparıcı tərəfdaşı olan Sosial Demokratlar Partiyasına istinad edərək deyib: “Baş nazir olaraq davam edib-etməyəcəyim sizlərin Sosial Demokratlara verəcəyiniz mandata bağlıdır.”Qrenlandiya az əhalili olsa da, Şimali Amerika ilə Arktika arasında yerləşdiyi üçün mümkün raket hücumları zamanı erkən xəbərdarlıq sistemləri baxımından strateji mövqeyə malikdir.Tramp sübut təqdim etmədən adanın “Rusiya və Çin gəmiləri ilə dolu olduğunu” iddia edib.Qrenlandiyanın şimal-qərbində ABŞ-ın İkinci Dünya Müharibəsindən bəri istifadə etdiyi hərbi baza var və burada 100-dən çox amerikalı hərbçi daimi xidmət edir. Danimarka ilə mövcud razılaşmalara əsasən, ABŞ istədiyi qədər qoşun yerləşdirmək səlahiyyətinə malikdir.Lakin Tramp planlarından tam imtina etməyib. O, daha əvvəl bildirib ki, ABŞ Qrenlandiyanı düzgün müdafiə etmək üçün ona sahib olmalıdır. Adanın tam nəzarətə götürülməsi ilə bağlı müzakirələr davam edir.Həm Danimarka, həm də Qrenlandiya ABŞ-a suverenliyi verməyə razı olmayacaqlarını bəyan ediblər. Onların Avropadakı müttəfiqləri də dəstək ifadə ediblər.Növbəti gərginlik yaxın günlərdə baş verə bilər. Tramp ABŞ-ın Qrenlandiyaya tibbi ləvazimatlarla dolu gəmi göndərəcəyini açıqlaya bilər. O, adada “çoxlu insanın xəstə olduğunu və lazımi qayğı göstərilmədiyini” iddia edib.Qrenlandiyanın baş naziri Jens-Frederik Nielsen isə bu təklifi rədd edərək bildirib ki, Qrenlandiya bütün vətəndaşlara ABŞ-dan fərqli olaraq pulsuz səhiyyə xidməti təqdim edir.
Tərtib etdi:Jalə Əliyeva
Mənbə:BBC
Gundelik.az
