Gundelik.az xəbər verir ki,8 aprel – Meta Platforms şirkəti bu gündən etibarən “Yeniyetmə Hesabları” adlı yeni funksiyanı Facebook və Messenger platformalarında tətbiq edir. Bu addım şirkətin gənc istifadəçiləri onlayn təhlükələrdən yetərincə qorumadığına dair artan tənqidlər fonunda atılıb.Şirkət bildirir ki, artıq ötən il Instagram-da tətbiq edilən bu yeni funksiyalar – təkmilləşdirilmiş məxfilik və valideyn nəzarəti vasitələri – yeniyetmələrin sosial şəbəkələrdə keçirdikləri vaxt və qarşılaşdıqları risklərə dair narahatlıqları aradan qaldırmağa xidmət edəcək.Meta-nın bu təşəbbüsü ABŞ-da bəzi qanunvericilərin sosial media platformalarında uşaqları qorumaq məqsədilə hazırladığı yeni qanun layihələri – məsələn, Uşaqların Onlayn Təhlükəsizliyi Aktı (KOSA) – ilə üst-üstə düşür.Meta, TikTok-un sahibi ByteDance və Google-a məxsus YouTube artıq yüzlərlə məhkəmə iddiası ilə üzləşir. Bu iddialar əsasən sosial medianın asılılıq yaratması və uşaqlara mənfi təsiri ilə bağlıdır. 2023-cü ildə isə ABŞ-ın 33 ştatı, o cümlədən Kaliforniya və Nyu-York, Meta-nı platformalarının təhlükələri barədə ictimaiyyəti yanıltmaqda ittiham edərək şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Gundelik.az

