Gundelik.az Dünya Meta-ya qarşı araşdırma və müvəqqəti tədbir qərarı
Dünya Xəbərlər

Meta-ya qarşı araşdırma və müvəqqəti tədbir qərarı

Türkiyənin Rekabet Kurulu, meta.com⁠ şirkətlər qrupuna daxil olan Meta Platforms, Inc., Meta Platforms Ireland Limited, WhatsApp LLC və Meta Platforms İstanbul Bilişim Hizmetleri Ltd. Şti. barədə süni intellekt sahəsindəki fəaliyyətləri ilə bağlı araşdırma başladıb və müvəqqəti tədbir tətbiq edib.

Rəqabət Qurumunun açıqlamasına görə, şirkətin Rəqabətin Qorunması Haqqında Qanunun müvafiq maddələrini pozub-pozmadığını müəyyən etmək məqsədilə aparılan ilkin araşdırma başa çatdırılıb və nəticədə rəsmi istintaqın açılmasına qərar verilib.

Araşdırmanın əsas mövzusu Meta-nın meta.ai⁠ adlı süni intellekt xidmətini whatsapp.com⁠ platformasına inteqrasiya etməsi və üçüncü tərəf süni intellekt xidmətlərinin WhatsApp üzərindən fəaliyyət göstərməsinə mane olub-olmamasıdır.

İlkin araşdırma zamanı Meta-nın digər ümumi təyinatlı generativ süni intellekt çatbotları və köməkçilərinin WhatsApp vasitəsilə əsas xidmət kimi təqdim olunmasını əngəlləyən davranışlarının rəqabət qaydalarının pozulmasına dair ciddi əlamətlər daşıdığı qənaətinə gəlinib.

Bu səbəbdən Rekabet Kurulu yekun qərar qəbul edilənədək mümkün və geri qaytarılması çətin zərərlərin qarşısını almaq məqsədilə müvəqqəti tədbir tətbiq edib.

Qərara əsasən, Meta üçüncü tərəf süni intellekt çatbotları və köməkçilərinin WhatsApp üzərindən xidmət göstərə bilməsi üçün lazımi şəraiti yaratmalı, bu xidmətlərin təqdim edilməsini faktiki və ya iqtisadi baxımdan çətinləşdirməməlidir.

Şirkət müvəqqəti tədbirlə bağlı əsaslandırılmış qərarın rəsmi şəkildə təqdim edilməsindən sonra bir ay ərzində bu öhdəlikləri yerinə yetirməzsə, ona qarşı inzibati pul cəriməsi tətbiq ediləcək.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version