Türkiyəli aktrisa Melisa Döngel atı sığallamaq istəyərkən gözlənilməz hadisə ilə qarşılaşıb.
Gundelik.az xəbər verir ki, yanına yaxınlaşdığı at qəfil aktrisanın çiynini dişləyib.
Atla vaxt keçirən Döngel heyvanı sığallamaq üçün ona yaxınlaşıb. Lakin atın qəfil hərəkəti nəticəsində aktrisa çiynindən dişlənib və qısa müddətlik çaşqınlıq yaşayıb.
Hadisə zamanı Döngelin təəccübü və diksinməsi diqqət çəkib. Yaşananlar ətrafdakılar üçün də gözlənilməz və maraqlı anlara səbəb olub.
Nuri
Gundelik.az

