Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Nizami rayonunda yerləşən inzibati binasına bir il ərzində texniki xidmət göstəriləcək.
Gundelik.az-ın məlumatına görə, bununla bağlı AMB satınalma elan edib.
Sözügedən işlərin Heydər Əliyev prospekti 167 ünvanında yerləşən inzibati binanı əhatə etdiyi bildirilir.
AMB texniki xidmətlərin satın alınmasına 2 milyon 978 min 355,22 manat vəsait xərcləməyi planlaşdırır.

