Amerikalı sahibkar İlon Mask bildirib ki, onun startapı “xAI” “Apple”ı məhkəməyə verəcək.
Gundelik.az xəbər verir ki, “X” sosial şəbəkəsində iş adamı şirkəti “AppStore”da tətbiqlərinin reytinqinə görə antiinhisar qanunlarını pozmaqda ittiham edib.
Mask “Apple”ın rəsmi hesabından şirkətin niyə X və “Grok” çatbotunu “App Store”un əsas proqramlar bölməsinə daxil etməkdən imtina etdiyini soruşdu. O bildirib ki, X dünyada bir nömrəli xəbər proqramıdır, “Grok” isə bütün digər tətbiqlər arasında ən populyar beşinci xidmətdir.
Gundelik.az

