İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Mars” 2026-cı ilin sonuna kimi Amerika istehsalına 2 milyard dollar sərmayə qoyacaq

Amerikanın qida istehsalçısı “Mars” 2026-cı ilin sonuna qədər ABŞ-da istehsal müəssisələrinə 2 milyard dollar sərmayə qoyacaq.

Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Son beş ildə “Mars” artıq Amerika istehsalına 6 milyard dollar sərmayə qoyub ki, bu da ölkədə 9 min iş yerinin açılmasına səbəb olub.

Məlumata görə, yeni investisiyalar istehsal gücünü genişləndirəcək və həmçinin qəlyanaltı və ev heyvanları məhsulları seqmentlərinə təsir göstərəcək.

“The Wall Street Journal” yazır ki, “Mars”ın baş maliyyə direktoru Klaus Aagaardın sözlərinə görə, vəsait həm yeni obyektlərin tikintisinə, həm də mövcud obyektlərin təkmilləşdirilməsinə sərf olunacaq.

“Biz Amerika istehlakçısının uzunmüddətli gücünə əminik”, – o bildirib.
Şirkət ABŞ-də satılan məhsullarının 94%-ni istehsal edir və iyulun 30-da Solt Leyk Sitidə Nature’s Bakery brendi altında məhsulların istehsal olunacağı 240 milyon dollar dəyərində yeni zavod açıb.

“Mars” dünyanın aparıcı qida və ev heyvanları yemi şirkətlərindən biridir. Şirkət “Snickers”, “M&M’S”, “Skittles”, “Ben’s Original”, “Pedigree” və “Whiskas” kimi brendlərin sahibidir.

Gundelik.az