Müasir dövrdə təhsil qarşısında duran əsas vəzifələrdən biri şagirdlərə yalnız bilik və məlumat ötürmək deyil, onların düşünmə, araşdırma, problem həll etmə və müstəqil qərarvermə bacarıqlarını inkişaf etdirməkdir. Sürətlə dəyişən dünyada məktəbdən gözləntilər də artır. Artıq şagirdin nə qədər məlumat yadda saxlaması ilə yanaşı, həmin bilikləri real həyatda necə tətbiq etməsi, qarşılaşdığı problemlərə hansı yanaşmanı göstərməsi və öz fikrini əsaslandırma bacarığı da mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan müasir Azərbaycan məktəbində tədris prosesinin daha praktik və şagirdyönümlü qurulması, əzbərçiliyin arxa plana keçirilməsi, yaradıcılıq və fəal iştirak üçün imkanların genişləndirilməsi vacib məsələlərdəndir. Məktəbin əsas məqsədi yalnız çox məlumat bilən deyil, öyrəndiklərini düzgün tətbiq edə, sual verə, araşdıra və müstəqil düşünə bilən şəxs yetişdirmək olmalıdır.
Gundelik.az olaraq bu və digər məsələlərlə bağlı təhsil eksperti Məzahir Məmmədli ilə söhbətləşdik.
– Sizcə, müasir Azərbaycan məktəbinin qarşısında duran əsas problemlərdən biri nədir və bu istiqamətdə hansı addımlar atılmalıdır?
Məncə, müasir Azərbaycan məktəbinin qarşısında duran ən ciddi problemlərdən biri şagirdin yalnız biliyini deyil, düşünmə və müstəqil qərarvermə bacarığını inkişaf etdirməkdir. Bu gün məktəb şagirdə sadəcə məlumat öyrətməklə kifayətlənməməli, onu həyatda qarşılaşacağı problemləri həll etməyə, araşdırmağa, sual verməyə və öz fikrini əsaslandırmağa hazırlamalıdır. Bunun üçün dərslərdə əzbərçilikdən daha çox praktik yanaşmaya, yaradıcılığa və şagirdin fəal iştirakına üstünlük verilməlidir. Məncə, güclü məktəbin əsas göstəricisi çox məlumat bilən deyil, öyrəndiklərini düzgün tətbiq edə və müstəqil düşünə bilən şagirddir.
Aynur Turan
Gundelik.az

