Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar. O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var. Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənası verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk traqediyalar adlanan pyeslər yaranırdı. “Traqediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Traqediyalarda qəhrəmanlar arasında gedən mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi. Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər-komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrcilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar. Teatr sonralar qədim Romada, Şərq ölkələrində-Çində, Hindistanda, Yaponiyada da geniş yayıldı. 1948-ci ildə dünya teatr içtimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitununu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk dəfə konqres toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Bəlkə də təsadüfüdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycan Miili Teatr Günü də mart ayının payına düşür.
Tariximizi, mədəni təşəkkülümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi yaddaş daşıyıcımız sayılan səhnə, teatr sənət ocağı olmaqdan çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməyimizə xidmət edib. Onun sayəsində mütərəqqi ideyaları, demokratiya, azadlıq, millilik, və sülh kimi anlayışları küll olaraq dərk etmiş və dünyanın bütün tərəqqipərvər xalqlarına aşılamışıq. Bu bəşəri ideyaların daşıyıcısı olan Azərbaycan teatrının bəlkə də ən böyük nailiyyəti elə budur. Milli teatrımız öz mənbəyini uzaq keçmişlərdən alır. Qədim xalq oyunlarımız və milli bayramlarımızdakı teatr nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə çevirdiyi milli teatrımızın tarixində təbii ki, ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Deyirlər ki, hər hansı bir mədəniyyəti və incəsənəti, onun mənəvi intelekti haqqında ilk təəssurat əldə etmək üçün həmin millətlərin teatrına getmək kifayətdir. Orada hər şey gün kimi aydındır. Belə ki, binanın daxili və xarici arxitektura baxımından klassik görünümü dövlətin teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla tanışlıq isə həmin xalqın mənəvi dünyası, həyat tərzi, yaşayışı, sənətə və sənətkara olan qarşı diqqətini aşkarlamağa imkan verir. Beləliklə, dövrün və zamanın barometri olan teatr öz xalqının mənəvi intellektual səviyyəsini, simasını bütün rəngləri ilə bir görüşdə rəsm etmiş olur. XX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətli olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir. Ədib 1850-1852-ci illərdə “Hekayəti Molla İbrahimxəlil kimyagər”, “Hekayəti Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur”, “Sərgüzəşti-vəziri-xani Lənkəran, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara) və 1855-ci ildə “Mürafiə vəkillərin hekayəti” komediyalarını yazıb. Dramaturqun komediyaları hamısı bir yerdə “Təmsilat” adlanır. Mirzə Fətəli Axundzadə komediyaları “Təmsilat” ı kapitan Mirzə Fətəli Axundzadə adı ilə 1859-cu ildə Tiflisdə çapdan çıxıb. Nəhayət, Mirzə Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və inkişafı üçün münbit zəmin olub. Milli teatr sənətimizin yaşı əslində xalqımızın tarixi ilə ölçülməlidir. Çünki teatr tarximizin qaynaqlarını araşdırarkən xalq oyunlarından tutmuş teatrlaşdırılmış mərasim tamaşalarına qədər qədim tarixə malik olan teatr sənətimizin 100 illiklərə sığmadığının bir daha şahidi oluruq. Lakin təməli Mirzə Fətəli Axundzadə tərəfindən qoyulan milli dramaturgiyamızın yaranışı tarixi bizim professional teatrımızın yaşıdır. Teatr sənətimiz hər zaman xalqın düşünən beyni, vuran ürəyi olub. Zamanla teatr çox böyük təbliğat və təşviqat işlərini öz üzərinə götürüb, ideoloji ideyalar səhnədən daha uca səslə yayılıb. Teatrımız hər zaman xalqın ayrılmaz bir hissəsi olub və ona həmişə ləyaqlə xidmət göstərib.
İncəsənətin yaranma tarixi mövcud xalqın təfəkkür tərzi, mənəvi təkamülü ilə bağlıdır. Tarixin “sübh çağı” ndan insanın birgəyaşayış tərzini sabitləşdirən “inam” deyimi ilə yanaşı, real aləmə münasibət özünü ilkin aydın mərasim tamaşalarında əks etdirmişdir. Ov səhnələrinin məişət prosesi, təbiətə, ailə-məişət məsələlərinə baxım, insanın qeyri-təbii qüvvələrə tapınması kimi amillərin bədii ifadəsi kütləvi tamaşalarda çəmləşmişdir. Bu tamaşalarda incəsənətin bir neçə janrının bir-birini tamamladığını görürük: rəqs, musiqi, mahnı, xor, danışıq, habelə idman-akrobatik növlər mövcud tədbirlərin əsasını təşkil etmişdir. Xalqımızın milli-mənəvi irsini zənginləşdirən sərvətlərdən biri də oyun-tamaşa mədəniyyətidir. Bugünkü peşəkar səhnə sənətimiz məhz xalq oyun-tamaşalarının, geniş mənada meydan teatrının zəminində təşəkkül taparaq böyük inkişaf yolu keçib. İnkişaf yolunu keçə-keçə formalaşıb. Meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. Meydan teatrının öz estetikası, öz poetikası xüsusiyyətləri, öz oyun-üslub parametləri, ölçüləri, öz səhnə-tamaşaçı, mətn-ifaçı prinsipləri var. Bu nəzəri əsasların toplu halında öyrənilməsi, fundamental elmi şəkildə araşdırılması xalqımızın dərin qatlı mənəvi-mədəni irsinin zənginliyinə geniş üfüqlər açır. Qaravəlli tamaşaları xalq dramaları əsasında hazırlanır. Bütün bunlar Azərbaycanda peşəkar dramaturgiyanın təşəkkülünə və bir qədər sonra dünyəvi teatrın doğuluşuna səbəb olub. XX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətli olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir.
Daş dövründən bu yana insanların tamaşaya həmişə ehtiyacı olub. Məkr və məhəbbət, əyləncə dolu mərasimlər, məhkəmə və edam səhnələri, qladiator döyüşləri, hətta müharibələr də böyük bir tamaşa idi. Ancaq günlərin birində humanist ionlarla yüklənmiş biri bu gerçək tamaşalardan cana doyub onları səhnəyə köçürdü. Bu səhnədə sevmək də, ölmək də vardı. Sadəcə pərdələr enəndə ölənlər diriləcək, tamaşa qansız və qadasız ötüşəcəkdi. Pərdənin o üzündəkilər uzun müddət bu sehri “aça” bilməsələr də, teatra inanmışdılar. O inam, bu inam, kosmos əsrində belə səhnədə baş verənləri göz yaşları ilə seyr edənlər, sonuncu pulunu verib teatra bilet alanlar hələ də var. Teatrın vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənası verən teatr tezliklə bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra zəngin mövzu verdikcə ilk traqediyalar adlanan pyeslər yaranırdı. “Traqediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Traqediyalarda qəhrəmanlar arasında gedən mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi. Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər-komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya seyrcilərin rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar. Teatr sonralar qədim Romada, Şərq ölkələrində-Çində, Hindistanda, Yaponiyada da geniş yayıldı. 1948-ci ildə dünya teatr içtimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitununu yaratdı. Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk dəfə konqres toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, dünya teatr xadimləri bir araya toplandığı həmin tarix Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Bəlkə də təsadüfüdür, bəlkə də yox, amma Beynəlxalq Teatr Günü də, Azərbaycan Miili Teatr Günü də mart ayının payına düşür. Böyük fəxarət və maraq hissi Kitabxanaçı iştirakçıları məlumatlandırdıqdan sonra sözü iştirakçılara verir.
Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq reatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaçı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən içtimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bət Vəzirovun təşəbbüsü ilə 1673-cü ildə Bakıda Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Teatrın böyük içtimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda həmçinin Tiflisdə, İrəvanda teatr tamaşaları təşkil edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları dövrün teatr repertuarlarını zənginləşdirirdilər. Rusiyada və Avropada təhsil aldıqdan sonra vətənə qayıtmış azərbaycanlı gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaqla teatr həvəskarlarını dünya ədəbiyyatının nümunələri ilə tanış edirdilər.
Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb və başqalarının səyləri nəticəsində Azərbaycanda milli peşəkar aktyorluq məktəbi formalaşdı. Məhz bu dövrdə Azərbaycanda xüsusi teatr binalarının inşası başlandı və peşəkar teatrla bağlı digər sənət növləri də inkişaf etdirildi. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra ölkənin bir çox sahələrində olduğu kimi teatr sənətimizin inkişafında da, mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu. Azərbaycanda peşəkar teatr sənətinin inkişafı Çəlil Məmmədqluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük sənətkarların xalqımızın tarixi keçmişini, məruz qaldığı sarsıntıları, xeyirlə şərin qarşıdurması ilə bağlı fəlsəfi düşüncələri canlandıran səhnə əsərləri ilə böyük vüsət aldı.
Azərbaycan Dram Teatrı ilə yanaşı opera və baletin də qədim tarixi, kökləri vardır. Muğam sənətimizin uzun inkişaf yolu keçərək xüsusi ifaçılıq məktəbinə çevrilmiş, muğam əsasında yaradılmış tamaşalar meydana çıxmışdır. Bunların məntiqi nəticəsi olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaratdığı “Leyli Məcnun” operasının 1908-ci ildə ilk tamaşası ilə Azərbaycanda və bütün müsəlman Şərqində opera sənətinin təməlini qoydu. Üzeyir Hacıbəyov ilə birlikdə Azərbaycanda Avropa tipli peşəkar musiqi sənətinin bünövrəsini qoyan Müslüm Maqomayevin “Şah İsmayıl” operasını da muğam operası janrının incilərindən biri kimi Azərbaycan səhnəsində həmişəlik yer tutdu. Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti də milli mədəniyyət tariximizdə mühüm mərhələ olmuşdur. O, həm bəstəkar, həm də dramaturq kimi 1909-1913-cü illərdə yaratdığı əsərləri ilə Azərbaycan teatrına musiqili komediya janrını gətirdi. Bu janr sonralar Qara Qarayevin, Rauf Hacıyevin operettaları bir çox ölkələrdə teatrların repertuarlarına daxil edildi. 1940-cı ildə ilk milli Azərbaycan baleti-Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti tamaşaya qoyuldu. 1952-ci ildə isə Qara Qarayevin məşhur “Yeddi gözəl” baletinin səhnəyə qoyulması respublikanın mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Qara Qarayevin bu əsəri, habelə onun “İldırımlı yollarla” baleti Azərbaycan teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etdi. Azərbaycanda opera və balet sənətinin inkişafında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin böyük xidmətləri olmuşdur. Kino sənətimiz öz tarixini 1898-ci ildən başlasa da, ölkəmizin teatr ənənələri və təcrübəsindən həmişə bəhrələnmişdir. Kino sənətinin uğurları ilk növbədə Azərbaycanın teatr xadimləri və aktyorlarının adları ilə bağlıdır.
Azərbaycan teatr sənətinin sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil sənət ocaqlarının yaranmasına gətirib çıxardı. Bu gün respublikamızda Milli Dram Teatr, Opera və Balet Teatrı ilə yanaşı, Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı, Marionet Teatrı, Pantomima Teatrı, “Yuğ” Teatrı, Bakı Bələdiyyə Teatrı və başqa teatrlar uğurla fəaliyyət göstərirlər. İrəvan, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Salyan, Mingəçevir, Qazax, Qax, Qusar, Ağdam, Şuşa, Füzuli teatrları və s. öz tamaşaları ilə teatrsevənlərin dərin rəğbətini qazanmışlar.
Milli mədəniyyətimizin inkişafında, vətənpərvərlik hisslərinin aşılanmasında, yüksək əxlaqi keyfiyyətlərin, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəna rol oynamış Azərbaycan teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. O, öz fəaliyyəti ilə xalqın milli sərvətinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə milli teatrımızın inkişafı üçün geniş perspektivlər açılmışdır. Teatrlar müstəqil dövlətimizin qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır və yaxından iştirak edir. Vaxtilə Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrının milli mədəniyyətimizin inkişafındakı mühüm rolunu, onun yaradılmasının 125 illik yubileyinin keçirilməsinin respublikanın mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq Ulu öndər Heydər Əliyev sərəncam imzalamışdır.
Bu sadə həqiqətdir ki, böyük şəhərlərə gələn qonaqlar ilk növbədə həmin yerin teatrları, muzeyləri, tarixi abidələri ilə daha çox maraqlanırlar. İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş (2009) Bakımızda da belə abidələr çoxdur və bu şəhərə gələnlər onun tarixi abidələrinə, gözəl binalarına heyran olurlar. Belə memarlıq nümunələrindən biri də teatr binalarıdır. Teatr xalqın mədəniyyətinin , inkişaf səviyyəsinin göstəricisidir. Odur ki, bu zəngin fəaliyyət sahəsinin yaranması xalqların, mədəniyyətlərin inteqrasiyası kimi qəbul olunur. Azərbaycan teatrından danışarkən bu fikri tam qəbul etmiş oluruq. Belə ki, ötən əsrin əvvəllərində mədəniyyət, sənət, ən əsası teatr sahəsindəki sıçrayış-milli operanın, musiqili komediyanın yaranması xalqımızın təfəkkür səviyyəsi, mədəni inkişafını göstərmiş oldu.
1921-ci ildə Bakıda Tənqid-Təbliğ Teatrı açılmışdı. Bu, keçmiş ittifaq respublikaları içərisində birinci dəfə idi ki, təşkil olunmuşdu. Teatrın qarşısında bir məqsəd qoyulmuşdu: keçmiş cəmiyyətin qalıqlarından, mövhumatın zərərli ənənələrindən xilas olmaq uğrunda mübarizə aparmaq. Buna görə teatr gülüşü, satiranı özünə kəsərli bir silah kimi seçmişdi. Teatrın adından göründüyü kimi, köhnə dünya satira atəşinə tutur, təbliğat vasitəsilə insanları yeni həyat uğrunda mübarizəyə səsləyirdi. Ən xarakterik cəhəti isə tamaşaları kütləviləşdirməkdi.Yəni səhnə ilə tamaşaçı salonu arasında canlı ünsiyyət qurmaqdı. Bu teatrın özünə xas repertuarı vardı. Tamaşaya qoyulan əsərlər əsas etibarı ilə bir pərdədən ibarət kiçik pyeslər idi. Pyeslər yazıçılardan başqa teatrın təcrübəli aktyorları tərəfindən də yazılırdı. Teatr Bakının fəhlə rayonlarında böyük müvəffəqiyyətlə çıxış edirdi. Belə bir vəziyyət 1925-ci ilədək davam etdi. Respublika artıq bərpa dövrünə daxil olduğundan teatrın qarşısında da daha yeni vəzifələr qoyulurdu. Onlar çoxpərdəli, mürəkkəb sujetli pyeslər tələb edirdilər. Buna görə pyeslərin qayə və istiqamətini daha dolğun əsərlərlə əvəzləmək üçün yeni teatra ehtiyac duyulurdu. Bu iş dövrün görkəmli teatrşünası, parlaq zəka sahibi Məmmədsadıq Əfəndiyevin rəhbərliyi ilə aparılırdı. Nəhayət, 1925-ci ildə Tənqid-Təbliğ Teatrı əsasında yeni Fəhlə-Kəndli Teatrı yarandı. Məmmədsadıq Əfəndiyev onun direktoru təyin edildi. Teatr kollektivinə istedadlı aktyor və aktirisalar cəlb olundu.
Üns-dostlaşma, mehribanlıq deməkdir. 2006-cı ildə Bakıda Azərbaycan tamaşaçısının dostuna çevrilən, ona bəşəri, insani hislər aşılayan bir teatr fəaliyyətə başladı: “Üns” yaradıcılıq Səhnəsi. İki əsrə yaxın yaşı olan Azərbaycan peşəkar teatrının tarixində artıq 10 illiyini geridə qoymuş “Üns” də var. Layihə görkəmli şərqşünas-alim, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə ithaf olunub. “Üns” Yaradıcılıq Səhnəsinin yaradıcı və bədii rəhbəri “Azərbaycan mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun idarə Heyətinin üzvü, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayevadır. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın zəngin teatr sənətinə daha bir yenilik gətirmək, incəsənət və mədəniyyətdə Qərb və Şərq mədəniyyətinin sintezinin bədii əksini göstərməkdir. “Üns”-ü digər teatrlardan fərqləndirən cəhətlərdən biri də onun dizaynında, binasının ümumi görünüşü və interyerində özünü göstərir. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı teatra daxil olan kimi milli və eyni zamanda, ümumbəşəri ideyalarla, mədəniyyət və incəsənətlə ünsiyyətə girir. Qeyd edək ki, ötən əsrin əvvəlinə aid binanın yeni tikilmiş hissəsinin memarı Oqtay Səttarovdur.
Sənətşünaslar Bakı Bələdiyyə Teatrını “Döyüşkən teatr” adlandırmaqda haqlıdırlar.
Öz pərəstişkarları ilə görüşə gəldiyi gündən vətənpərvərlik mövzusunda hazırladığı tamaşaları ilə seçilən, yaradıcı kollektivin sorağı cəbhə və sərhəd döyüş bölgələrindən eşidilən Bakı Bələdiyyə Teatrının səhnə həyatı verdiyi hər bir əsərin bədii tutumuna, qayəsinə, ideya və məzmununa xüsusi diqqətlə yanaşır. Bu səbəbdən də hər bir tamaşası maraqla qarşılanır və uzun müddət repertuardan düşmür. Fərəhlidir ki, həmkarları ilə müqayisədə çox cavan olan bu teatra qardaş Türkiyədə də böyük maraq var. Teatrın hazırladığı uğurlu tamaşalar sırasına hər gün yeniləri əlavə olunur. Səhnəyə qoyulan tamaşalar əsasən tarixi hadisələri əks etdirir.
Güzgü qarşısında dayanıb müxtəlif, təsəvvür edilən əşyaları bir növ canlı şəkildə hərəkətə gətirməyə çalışın. Sanki olmayan əşyalar canlanaraq həqiqi bir ölçülərə malik olacaqdır. Eyni zamanda bütün varlığınızla hiss etməlisiniz ki, onlar həqiqətən də vardılar. Fikir və hərəkət bir vəhdətdə birləşdikdə isə artıq aktyor oyunu yaranır. Və bu oyun pantomim adlanır. Adi, danışıq teatrında danışılması və yaxud oynanılması mümkün olmayan şeylər pantomim tamaşasında göstərilir, oynanılır. Pantomima teatr və ədəbiyyat kimi müxtəlif janrlarda olur: faciə, dram, məişət novellası, pamflet, felyeton, nağıl, poema, lirik şeir və s. O, tək aktyor tərəfindən ifa edilən estrada miniatür formasında, yaxud çoxpərdəli, tamamlanmış, dramatik sujetli tamaşa kimi də ola bilər. Pantomima həm də mahnı, musiqi, hətta deklamasiya ilə də müşayiət olunur. Buna misal olaraq deyə bilərik ki, Çin, Hindistan, İndoneziya, Yaponiyada mövcud olmuş teatr tamaşalarının əsasını məhz pantomima təşkil edirdi. Bu tamaşaların aktyorları məhdud, qəti və dəqiq şəkildə qəbul edilmiş bədən və əl-qol hərəkətlərinin sisteminə tabe idilər. Bu sənətin kökləri Avropada qədim Yunanıstan və Romaya gedib çıxır. Burada da həmçinin məhdud oyun sistemi mövcud idi. Lakin Şərqdən fərqli olaraq zaman keçdikcə böyük improvizə və dəyişikliklər inkişaf edərək indiki dövrdəki səviyyəsinə çatmışdır. Pantomimanın izləri özünü orta əsrlərdə də biruzə verir və bütün ölkələrin teatr sənətinə özünün müsbət təsirini göstərir. Nəhayət, indiki dövrdə onun adı əsasən Fransa pantomim məktəbinin adı ilə bağlıdır. XXI əsrin astanasında Azərbaycan teatr tarixinə də pantomim səhifəsi əlavə olundu. Dünya teatr içtimaiyyəti pantomimi müəyyən çərçivə daxilində qəbul edir və qədim dövrdən indiyədək kiçik və dar istiqamətlə inkişafını izləyir. Lakin Azərbaycan Dövlət Pantomim Teatrı bu istiqaməti genişləndirərək dar çərçivə daxilində deyil, böyük yaradıçılıq potensialından istifadə edərək müxtəlif istiqamətlərdə axtarışlar aparır. Çünki artıq 2000-ci ildən teatr dövlət statusu almışdır və böyük ruh yüksəkliyi ilə yenə də öz yaradıcılıq işini davam etdirir.
1990-cı illərdə “Yuğ” teatrı hər baxımdan yeni bir sənət hadisəsi idi. Bu teatrın elə ilk tamaşası sübut etdi ki, “yuğ” çuların sənət axtarışları Azərbaycan mədəniyyətində təzə sözdür.
Deyirlər ki, hər hansı bir xalqın mədəniyyəti və incəsənətinə bələd olmaqla, onun mənəvi intelekti haqqında ilk təəssurat əldə etmək kifayətdir. Orada hər şey gün kimi aydın olar. Belə ki, binanın daxili və xarici arxitektura baxımından klassik görünüşü dövlətin teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla tanışlıq isə həmin xalqın mənəvi dünyası, həyat tərzi, yaşayışı, sənətə qarşı diqqətini aşkarlamağa imkan verir. Tariximizi, mədəni təşəkkürümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi yaddaş daşıyıcımız sayılan səhnə, teatr sənət ocağı olmaqdan çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməmizə xidmət edib. Onun sayəsində mütərəqqi ideyaları, demokratiya, azadlıq, millilik və sülh kimi anlayışları küll olaraq dərk etmiş və dünyanın bütün tərəqqipərvər xalqlarına aşılamışıq. Bu bəşəri ideyaların daşıyıcısı olan Azərbaycan teatrının bəlkə də ən böyük nailiyyəti elə budur. Milli teatrımız öz mənbəyini uzaq keçmişlərdən alır. Qədim xalq oyunlarımız və milli bayramlarımızdakı teatr nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə çevirdiyi milli teatrımızın tarixində təbii ki, ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Teatrın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Teatrımızın tarixi bir qayda olaraq 1873-cü il martın 10-da Bakıda “Vəzir-xani Lənkəran” komediyasının oynanılmasıyla başlanır. O vaxtkı Azərbaycan gerçəkliyi üçün bu, o qədər böyük hadisə olmuşdur ki, “Novaye obozreniye” jurnalında şərqşünas N.Qulak “Müsəlman aləmində original teatr yaratmaq bizim qafqazlı müsəlmanlara qismət olmuşdur” deyə yazmışdı. 1873-cü ildə Bakıda göstərilən ilk milli tamaşa yalnız Azərbaycanda deyil, həmçinin Qafqazda yaşayan bütün azərbaycanlılar arasında teatr hərəkatının yayılmasına səbəb olmuşdur. Həmin illərdə təkcə “Nadir şah” əsəri Azərbaycandan kənarda 34 şəhərdə Azərbaycan dilində oynanılmışdır. H.Mahmudbəyov, S.M.Qənizadə, N.Nərimanov, Y.Haqnəzərov, Ə.Haqverdiyev, N.Vəzirov, Ə. Haqverdiyev, H.Ərəblinski, Ş. Məmmədova XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Azərbaycan teatr sənətinin görkəmli xadimləri idi.
Martın 10-u təkcə teatrımızın deyil, həmdə mədəniyyətimizin bayramıdır. Həmin tarix hər il Azərbaycan teatrının yaranması günü kimi qeyd olunur. Teatrımız 135 illik yol keçib, adı, şöhrəti dünyanının hüdudlarını adlayıb. Azərbaycan Dövlət Dram Teatrının tarixi 1873-cü il martın 10-dan başlayır. İllər ötdükcə ayrı-ayrı truppaların sayı artmağa başladı. Teatr sənətimiz öz həyatının bir-birindən zəngin məqamlarını yaşamış, inkişaf etmiş, indiki yüksək səviyyəsinə gəlib çatmışdır. Böyük sənət məbədimiz-Akademik Milli Dram Teatrının teatr tariximizdə öz yeri var. Bu gün Azərbaycan Dövlət Dram Teatrı öz fəaliyyəti dövründə həm də məktəb rolunun oynamış, bu qocaman mədəniyyət ocağında peşəkar aktyor nəsli yetişmişdir. Ümumiyyətlə, mədəniyyətimizin dövlət tərəfindən himayə olunmasının ən gerçək və konseptual forması cənab Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə daha əhatəli miqyas almışdır. Əvvəllər müxtəlif truppalar-“Nicat”, “Səfa”, “Həmiyyət”, mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrilə, həmçinin “Müsəlman Dram Artistləri İttifaqı”, “Hacıbəyov qardaşları müdriyyəti” şəklində tamaşalar verən teatrı statusu ilə fəaliyyətə başlayır. Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və digər sənət fədailərinin şəxsi təşəbbüsləri, yorulmaz şəxsi təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan teatrı öz simasını formalaşdırmağa başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi böyük zəhmətlər, səylər və fədakarlıqlar nəticəsində təşəkkül tapır.
Azərbaycan xalqının zəngin musiqi mədəniyyətilə fəxr etməyə haqqı var. Dahi Üzeyir Hacıbəyovun və bülbülün axtarışları, gərgin zəhməti sayəsində əsl sənət adamları-xanəndələr, müğənnilər yetişdi. Musiqimiz bütün dünyanı dolaşdı. Həmçinin dilimizin melodikliyindən, incəliyindən bəhrələndi musiqi aləmi, sənət dünyası, karifey sənətkarlar yetişdi. Azərbaycan opera və balet ifaçılığının bir əsrə yaxın yaşı var. Ötən əsrin birinci onilliyində indiki Opera və Balet teatrının binası istifadəyə veriləndən sonra dünyanın neft səltənəti kimi tanınan Azərbaycan Qərb sənətçilərinin marağı artmaqda idi. Müxtəlif diyarların sənət ustaların Bakıya gəlib öz məharətlərini nümayiş etdirirdilər. İllər ötdü və keçən əsrimizin ortalarında nəhayyət, milli balet kadrları səhnəyə gəldilər. Əfrasiyab Bədəlbəyli Azərbaycan milli baletimizin banisi hesb edilir. Cəmi 69 il ömür sürmüş bəstəkar, dirijor, musiqişünas, liberettoçu, xalq artisti Əfrasiyab Bədəlbəyli çoxsaylı musiqi əsərləri ilə əbədiyaşarlıq qazanmışdı. İlk Azərbaycan operasının yaranmasında müəyyən təkan rolunu belə bir fakt da oynamışdır. “Leyli və Məcnun” operasının yaranmasından hələ çox qabaq böyük maarif xadimi “Əkinçi” qəzetinin redaktoru Həsənbəy Zərdabi Üzeyir Hacıbəyova “xalq melodiyaları əsasında opera yazmaq” ideyasını vermişdir. Əlbəttə, ilk Azərbaycan operasının yaranmasında bir çox hadisələrin mühüm amillər kimi əhəmiyyəti olmuşdur. Bunlardan biz əsrlər boyu xalq arasında musiqi ilə müşayiət olunan tamaşaları, oyunları, Şuşada və Bakıda verilən məşhur “Şərq konsertləri”ni Azərbaycan dram teatrının bir çox tamaşalarını, həm də qərb və rus bəstəkarlarının klassik opera nümunələrini göstərə bilərik. İlk Azərbaycan operasının xalq arasında qazandığı böyük müvəffəqiyyəti haqda Üzeyir Hacıbəyov özü belə yazırdı: “Zənnimcə, bu müvəffəqiyyət onunla izah edilir ki, artıq Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi. “Leyli və Məcnun” da isə əsil xalq musiqisi ilə məşhur klassik sujet birləşmişdir”.
Bu sadə həqiqətdir ki, böyük şəhərlərə gələn qonaq lar ilk növbədə həmin yerin teatrları, muzeyləri, tarixi abidələri ilə daha çox maraqlanırlar. Bakımızda da belə abidələr çoxdur və bu şəhərə gələnlər onun tarixi abidələrinə, gözəl binalarına heyran olurlar. İçərişəhər. Tarix muzeyi, Opera teatrı və onlarla belə milli arxitektura nümunələri şəhərimizin gözəlliyini qat-qat artırır. Belə memarlıq abidələrindən biri də Azərbaycan Dövlət Musiqili Komediya Teatrıdır. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı respublikanın ən böyük musiqili teatrlarındandır. Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəyovdur. Onun 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur. Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun bir sıra komediyaları oynanıldı. İndi teatrın həm Azərbaycan, həm də rus bölmələrində zəngin repertuarı formalaşmış, işgüzar və professonal sənətçilər yorulmaq bilmədən əzmlə çalışırlar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1928-ci ildə yaranıb və indiyə kimi milli səhnə sənəti tariximizə neçə-neçə aktyor və rejissor bəxş edib. Neçə-neçə dramaturqun ilk səhnə əsəri məhz bu sənət ocağında oynanılmışdır. Azərbaycan və rus bölmələrindən ibarət kollektiv öz yaradıcılıq fəaliyyətində məktəblilərin, yeniyetmələrin və gənclərin etik-estetik tərbiyəsini başlıca istiqamət kimi götürmüşdür. Yaradıcılıq axtarışlarında teatrın yeni dramaturqlarla əlaqəsi daha da möhkəmlənmiş və bu, səmərəli nəticələr vermişdir. Teatr gənc tamaşaçılarını Azərbaycan xalqının qəhrəman keçmişi ilə yaxından tanınmış olmasına, onlarının qəhrəmanlıq hissləri aşılanmasına təsir göstərmişdir. İlk illərdən başlayaraq teatr daim öz professonal səviyyəsini yüksəldir, zamanla səsləşən yüksək ideyalı, böyük tərbiyəvi əhəmiyyətə malik maraqlı tamaşalar yaradırdı.
1928-ci ildə dövlət statusu alan İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1935-ci ildən görkəmli dramaturqumuz Cəfər Cabbarlının adını daşıyıb. Bu teatrın milli mədəniyyətimizin tərəqqisində böyük xidmətləri var. Onun qazandığı uğurları Azərbaycan mədəniyyətinin böyük bir parçası hesab etmək olar. İrəvan Dövlət Azərbaycan Dram Teatrı həqiqətən keşməkeşli sənət yolu keçmiş, ziddiyyətli münasibətlərlə, təqib və təzyiqlərlə üzləşmişdir. 1988-ci ildə ermənilərin başladığı işğalçılıq siyasətinin ağır zərbələrini alanlardan biri də bu teatr və bu teatrın kollektivi oldu. Həmin ildən Bakı şəhərində məskunlaşan İrəvan Dövlət Azərbaycan Dram Teatrı üzləşdiyi ən ağır əzabları, çətinlikləri dəf edərək yaşamaq. Fəaliyyət göstərmək niyyəti teatrsevənlərin diqqətini çəkmək üçün öz həyatını çətinliklə yaşamağa başladı. İrəvan Dövlət Azərbaycan Dram Teatrı milli teatr sənətimizin inkişafında mühüm yer tutur. Və o, Qafqazın qocaman sənət ocaqlarından biridir. Teatr repertuarını bu günün reallıqları çərçivəsində qurmağa çalışır.
130 ildən çox zamana söykənən qədim Naxçıvan torpağında bir yay günündə Zaviyyə məhəlləsində dövrün mütəqəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası tamaşaya qoyulmuşdur. 1883-cü il may ayının 15-də tamaşaya qoyulan bu ölməz komediya Naxçıvan teatrının təvəllüdünə çevrilmişdir. Bu müddət ərzində keçirilən yaradıcılıq yolu heç də hamar olmayıb. Ciddi təqiblərdən, soyuq münasibətlərdən, gərgin və dramatik mübarizələrdən keçib bu yol. Əsası böyük demokrat yazıçı, qüdrətli dramaturq Cəlil Məmmədquluzadə və tanınmış ədib Eynalı bəy Sultanov tərəfindən qoyulan bu teatrın yaranışı M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası ilə olmuşdur. Fərəhlə qeyd edək ki, qüdrətli ədib Cəlil Məmmədquluzadə Müsyo Jordan rolununda çıxış etmişdir. Hal-hazırda bu teatr aktuallığını qoruyur və yeni-yeni tamaşalarla tamaşaçıları sevindirir.
Hələ insanlarda dil ünsiyyəti yaranmamışdan əvvəl adamlar “danışan” hərəkət oyunları toplusuna malik olmuşdur. Dünyanın hər dörd cəhətində yaşayan ilk ibtidai insanlar uzağı, qonşu qəbiləni tanıyırdılar. Ancaq bu gün elm sübut edib ki, onların hərəkət oyunları ilə danışmalarında bənzərlik, eynilik həddindən artıq çoxdur. İnsanların ov ovlaması, quş quşlaması özü böyük bir oyun idi. Ova çıxanlar hərəsi bir səmtdə, gizləndikləri yerdə hərəkətlərlə “danışır”, özləri də düşünmədən oyun anlamının ifadə vasitələrini zənginləşdirdilər. Açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında, karvansaralarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi “Meydan teatrı” deyilir. Meydan teatrı xalqın mənəvi varlığını, idrakını təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. Ov səhnələrinin məişət prosesi, təbiətə, ailə-məişət məsələlərinə baxım, insanın qeyri-təbii qüvvələrə tapınması kimi amillərin bədii ifadəsi kütləvi tamaşalarda çəmləşmişdir. Bu tamaşalarda incəsənətin bir neçə janrının bir-birini tamamladığını görürük: rəqs, musiqi, mahnı, xor, danışıq, habelə idman-akrobatik növlər mövcud tədbirlərin əsasını təşkil etmişdir. Xalqımızın milli-mənəvi irsini zənginləşdirən sərvətlərdən biri də oyun-tamaşa mədəniyyətidir. Bugünkü peşəkar səhnə sənətimiz məhz xalq oyun-tamaşalarının, geniş mənada meydan teatrının zəminində təşəkkül taparaq böyük inkişaf yolu keçib. Inkişaf yolunu keçə-keçə formalaşıb. Meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur. Meydan teatrının öz estetikası, öz poetikasım xüsusiyyətləri, öz oyun-üslub parametləri, ölçüləri, öz səhnə-tamaşaçı, mətn-ifaçı prinsipləri var. Bu nəzəri əsasların toplu halında öyrənilməsi, fundamental elmi şəkildə araşdırılması xalqımızın dərin qatlı mənəvi-mədəni irsinin zənginliyinə geniş üfüqlər açır. Bütün bunlar Azərbaycanda peşəkar dramaturgiyanın təşəkkülünə və bir qədər sonra dünyəvi teatrın doğuluşuna səbəb olub.
AYNUR TURAN
Gundelik.az

