İyul 8, 2026
Baku
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Məşhur aktrisa ABŞ-dəki evini “əlim yandı” qiymətinə satışa çıxardı

Amerikalı aktrisa Sara Paulson ABŞ-dəki malikanəsini endirimlə satışa çıxarıb.

Gundelik.az “Realtor.com”a istinadən xəbər verir ki, villanın son satış qiyməti 1,45 milyon dollar müəyyənləşdirilib.

Belə ki, ev Kaliforniyanın Malibu şəhərində “Paradise Cove Mobile Home Park”da yerləşir.

Sara Paulson mülkü 2021-ci ildə 860 000 dollara satın almışdı və daha sonra onu dizayner standartına uyğun təmir etdirərək malikanənin dəyərini milyonlarla dollar artırmışdı.

Bundan əvvəl, Paulson evi 2024-cü ilin mayında 2 milyon dollara satışa çıxarmışdı. Bu ilin martında isə aktrisa malikanəsinin qiymətini 1,57 milyon dollara endirmişdi. Lakin evin alınmadığını gördükdə o, daha 120 min dollardan imtina etmək məcburiyyətində qaldı.

Gundelik.az