İyul 8, 2026
Baku
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Makrondan sonra hakimiyyətə o gələ bilər

Fransa Milli Rallisinin lideri Jordan Bardella Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyulacağı təqdirdə 2027-ci ildə prezidentliyə namizəd olmağa hazır olduğunu bildirib.

Gundelik.az xəbər verir ki, o bu barədə “Le Parisien” qəzetinə müsahibəsində danışıb.

“Heç bir qeyri-müəyyənlik yoxdur. Marin Le Pen mənim namizədimdir. Əgər sabah onun seçkilərdə iştirakına mane olunarsa, düşünürəm ki, sizə deyə bilərəm ki, mən özüm namizəd olacam”, – siyasətçi deyib.

Bardellanın daha əvvəl prezident seçkilərində mümkün iştirakı ilə bağlı suallara birbaşa cavab verməkdən yayındığı bildirilir.

Martın 31-də Paris məhkəməsi Le Pen və sağçı Milli Ralli partiyasının səkkiz deputatını parlament köməkçilərinin işində təqsirli bilib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib və beş il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.

2027-ci il prezident seçkilərinə qədər hökm ləğv edilməsə, Le Pen seçkilərdə iştirak edə bilməyəcək.

Gundelik.az