Gundelik.az Dünya Lavrov İrana səfər edəcək
Dünya Siyasət Xəbərlər

Lavrov İrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Sergey Lavrovun İrana səfərinin təşkili ilə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.

“Bu istiqamətdə işləyirik”, – Rudenko bildirib.

Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə keçən il fevralın 25-də Tehrana səfər edib. Səfər çərçivəsində o, iranlı həmkarı Abbas Əraqçi və İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. İyulun 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Lavrovun Tehrana növbəti səfərinə hazırlıq görüldüyünü açıqlasa da, səfərin tarixi barədə məlumat verməyib.

Exit mobile version