İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Latviya hökumətinin saytlarına kiberhücum edilib

Latviyanın dövlət internet resursları oktyabrın 2-də genişmiqyaslı DDoS hücumuna məruz qalıb.

Gundelik.az xəbər verir ki, bu barədə məlumatı Latviya Dövlət Radio və Televiziya Mərkəzi sosial şəbəkələr vasitəsilə yayıb.

Hücum nəticəsində Dövlət Gəlirləri Xidmətinin (vid.gov.lv), Latvija.lv portalının, hökumət və nazirliklərin, həmçinin bələdiyyələrin və digər dövlət qurumlarının saytları təxminən 1–1,5 saat ərzində fəaliyyət göstərməyib. Bundan əlavə, elektron imza xidməti (eParaksts.lv) də əlçatan olmayıb.

Hazırda Latviya Dövlət Radio və Televiziya Mərkəzi hadisə ilə bağlı araşdırma aparır. Qurumun açıqlamasına görə, hökumətə məxsus internet resurslarına qarşı DDoS hücumu hələ də davam edir.

Gundelik.az