Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu ilə müqavilə bağlayıb.
Gundelik.az xəbər verir ki, müqavilə Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin 124.46 ha sahəsində inşası nəzərdə tutulan tikinti layihəsi ilə bağlıdır.
Müqavilənin maliyyə dəyəri 856 min manat müəyyənləşib.

