Gundelik.az Dünya Küveyt: Hücum nəticəsində enerji və su təmizləmə müəssisələrindən birində maddi ziyan baş verib
Dünya Xəbərlər

Küveyt: Hücum nəticəsində enerji və su təmizləmə müəssisələrindən birində maddi ziyan baş verib

Küveyt Elektrik və Su Nazirliyi: İran hücumu nəticəsində enerji və su təmizləmə müəssisələrindən birində maddi ziyan baş verib. Nazirliyin sözçüsü Fatma Abbas Cevher Hayat, nazirliyin ABŞ mərkəzli X platformasındakı hesabından verdiyi açıqlamada “enerji və su təmizləmə müəssisələrindən birinə İran tərəfindən hücum edildiyini” qeyd edib.

Müəssisələrin bəzi bölmələrində hücum nəticəsində maddi ziyan baş verdiyi, hadisədən dərhal sonra müdaxilə edildiyi və müəssisənin işləmə qabiliyyətinin davamı üçün zəruri əməliyyatların aparıldığı bildirilib.

Nazirlik sözçüsü Hayat ziyan görmüş bölgələrin təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik qüvvələri və aidiyyəti qurumlarla tam koordinasiyada olunduğunu bildirib.

Sözçü əhalini sakit olmağa, əsassız söz-söhbətlərə inanmaqdan çəkinməyə və məlumatları rəsmi mənbələrdən almağa çağırıb. Bütün texniki qrupların hər cür fövqəladə vəziyyətə qarşı yüksək səmərəliliklə 24 saat işlədiyi də elan olunub.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version