Portuqaliyada “Kristin” qasırğasının zədələdiyi infrastrukturun bərpası ən azı 4 milyard avroya başa gələcək.
Gundelik.az xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Manuel Kastro Almeyda bildirib.
“Bu, iqtisadiyyat üçün əhəmiyyətli bir şok olacaq. Qiymətləndirməyə təchizat zəncirindəki fasilələr kimi dolayı zərər daxil deyil. Bəzi şirkətlər istehsal sahələri tamamilə dağıldığı üçün fabriklərini yenidən qurmalı olacaqlar. Hökumət istehsal bərpa olunana qədər zədələnmiş müəssisələrin işçilərinin əməkhaqqısının 80%-ni ödəyəcək, şirkətlər isə yalnız 20%-ni ödəyəcək. Bu tədbir kütləvi ixtisarların qarşısını almağa kömək edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 31-də Portuqaliyaya küləyin sürəti saatda 200 km-i keçən “Kristin” qasırğası vurub. Ölkədə təxminən 450 min ev elektriksiz qalıb və ən azı beş nəfər ölüb.

